9 iyun 2014 15:44
Rəvan Savankulovun transfer vərəqəsini verməyə hazırdır
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev azerisport.az saytına açıqlamasında bildirib ki, klubun komandanın sabiq yarımmüdafiəçisi Soxib Savankulovla heç bir problemi yoxdur:
“Savankulovun FIFA-ya müraciət etməyinə heç bir ehtiyac yoxdur. O, kluba müraciət edə bilər. Bilmirəm, hansı səbəbdən, ancaq Savankulov hələ bizdən transfer vərəqəsini istəməyib. Əgər ona bu vərəqə lazımdırsa, qoy, kluba müraciət etsin, vərəqəni ona verərlər”.
Şirəliyev həmçinin, “Rəvan”ın birinci divizionda çıxış etmək niyyətini təsdiq edib: “Birinci divizionda oynayacağıq. Bizim əsas məqsədimiz, Premyer Liqaya qayıtmaqdır”.
