9 iyun 2014 15:15

Böyükağa Hacıyev: Şkenderbeu ilə düşsək, onlara olan borcumuzu qaytarardıq

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində yeni transferdən, komandanın hədəflərindən danışıb:

- “Neftçi”də vəziyyət necədir?
- Hər şey qaydasındadır. Bir neçə gün “Neftçi”də açıq qapı elan etdik. Özünə güvənən gənc futbolçulara baxış keçirdik. Aralarında bəyəndiyimiz də oldu. Onlardan yəqin ki, ikinci komandada istifadə edəcəyik. Səfərə hazırlaşırıq. Boluda iki, Avstriyada isə dörd yoldaşlıq görüşü keçirəcəyik. Rəqiblər artıq dəqiqləşmək üzrədir.

- Rəşad Sadiqovun başqa komandaya gedəcəyi deyilir. Bu barədə sizə nə məlumdur?
- Sadiqov bizdən istirahət etmək üçün bir neçə günlük icazə istədi. Həftənin əvvəlindən məşqlərə qayıdacaq. Sualınıza gəldikdə, əgər kiminsə ürəyi başqa komandada qalıbsa, onu məcburən saxlamaq fikrimiz yoxdur. Ürəyi “Neftçi”də olan, hər zaman komandada olacaq.

-Yeni futbolçu haqda nə deyə bilərsiniz. Kaudan razısınız?
- Kau yarımmüdafiəçidir. Son klubu Rumıniyanın “Panduri” komandası olub. Disklərinə baxmışam və bəyənmişəm. Fərqli keyfiyyətlərə malikdir. Meydanı yaxşı görür. Məşqlərdə özünü yaxşı göstərir. Düşünürəm, adaptasiyanı tez keçəcək. Onunla böyük problemimiz olmalı deyil. Braziliyalılar adətən futbolumuza tez öyrəşir. Onlarla oxşar cəhətlərimiz çoxdur.

- Onda Erik Ramos necə olacaq?
- Hazırda klub rəhbərliyi onunla danışıqları davam etdirir. Ramos qayıtsa, güclü tandem yaranacaq. Qayıtmasa Kau bizi boşluqdan xilas edəcək. O, Ramosun olmadığını hiss etdirməyəcək.

- Siz daha bir futbolçu istəmişdiniz?
- İki futbolçu istəmişdim. Yarımmüdafiəçi Kau artıq transfer olundu. Daha bir forvard istəmişəm. Seçimi etmişik. Portuqal futbolçunu heyətə cəlb etmək istəyirik. Yaxın günlərdə onun adını elan edəcəyik. Ola bilər daha bir oyunçu ilə müqavilə imzalayaq. Əgər Bruno Bertuççi getsə, bizə sol kənar müdafiəçisi lazım olacaq. Hazırda Bertuççinin məsələsi açıq qalır. O, klubda qalsa, iki transferlə kifayətlənmək olar.

- Püşkatma mərasiminə kimlər yollanacaq?
- Özüm gedəcəyəm. Kimin rəqib olacağı vacib deyil. Əsas, ilk rəqib kimi, bərabər komanda ilə qarşılaşmaq istərdim. Bilirsiniz ki, hazırlıq müddəti iyul ayında başa çatmır. Ona görə ikinci mərhələdə bərabər komanda ilə oynasaq, yaxşı olar. Sonra kim düşsə fərq etmir. 

- Bəs “Şkenderbeu” olsa?
- Problem yoxdur. Bizim “Şkenderbeu”ya borcumuz var. O borcu nə vaxtsa qaytarmalıyıq. Buna görə onunla görüşə hər zaman hazırıq.

- Mahir Şükürov “Neftçi”də qalır, yoxsa gedir?
- Məndə olan məlumata görə, onun müqaviləsi başa çatıb. Klub onunla müqaviləni artırmayıb. Nə etmək olar? Futbolda belə olur. Şükürov hər bir komandaya lazım futbolçudur. Sadəcə, futbolçu və məşqçi bilməlidir ki, hər zaman gedə bilər. Gərək çantan həmişə yanından olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.