9 iyun 2014 14:40
Qəbələ Petevin gəlişini gözləyir
“Qəbələ” bolqar mütəxəssis İvaylo Petevin gəlişini gözləyir. Azerisport.az xəbər verir ki, tərəflər iki il müddətinə nəzərdə tutulacaq müqavilə bağlamaq fikrindədirlər.
Klubun mətbuat xidmətindən saytımıza verilmiş məlumata görə, iyunun 12-dən “radarlar” avrokuboklara hazırlığa başlayacaqlar və bu müddətə qədər yeni baş məşqçi komanda ilə birgə toplanışda olmalıdır.
Xatırladaq ki, “Qəbələ” Avropa Liqasında iştirak hüququ qazanıb.
