9 iyun 2014 14:22
Samir Əliyev Neftçinin məşqçi qərargahını tərk edib
“Neftçi”nin məşqçisi Samir Əliyev “Flaqman”ın əsas komandasını tərk edib. Azerisport.az xəbər verir ki, Əliyev qarşıdakı mövsümdə “Neftçi”nin əvəzedici heyətinin baş məşqçisi Elşad Əhmədovun köməkçisi işləyəcək.
“Əlbəttə, bu, mənim istəyimlə deyil. Hesab etdilər ki, belə daha yaxşı olacaq və mən əsas komandanı tərk etdim. İndi əvəzedici heyətdə Elşad Əhmədov və Vitali Kovalyovla çalışacağam. Ancaq bu, müvəqqətidir. Təcrübə yığaraq, ümid edirəm ki, gələcəkdə əsas komandaya qayıdacağam”, deyə Əliyev bildirib.
