9 iyun 2014 13:22
Qarabağın sabiq qapıçısı özünə komanda tapdı
“Qarabağ”ın sabiq qapıçısı Boyan Pavloviç özünə yeni komanda tapıb. Azerisport.az xəbər verir ki, 27 yaşlı qapıçı Gürcüstanın “Zestafoni” klubu ilə müqavilə imzalayıb.
Xatırladaq ki, “Zestafoni”də AZAL və “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Revaz Qetsadze çıxış edir.
