9 iyun 2014 00:48
Böyükağa Hacıyev Kamal Quliyevə uğur arzuladı: Nə isə öyrənibsə, heç bir problem olmayacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında köməkçisi Kamal Quliyevin birinci divizionda çalışan "Neftçala"ya təyinatı barədə danışıb:
"Kamal Quliyevə uğurlar arzu edirəm. İki il “Neftçi”də birgə işlədik. Əgər bu müddətdə məndən nə isə öyrənə bilibsə, onda heç bir çətinliyi olmayacaq. Birgə işlədiyimiz vaxtlardan nə isə götürə bilibsə, 1-ci divizionda rahat çalışacaq. Ona ümidləri doğrultmağı arzulayıram".
