8 iyun 2014 00:33
Sumqayıt Anjinin forvardı ilə güclənməyə hazırlaşır
“Sumqayıt” heyətinə yeni futbolçu qatmaq fikrindədir. Azeripsort.az xəbər verir ki, “kimyaçılar” Mahaçqala “Anji”sinin hücumçusu Tahir Mürsəlovun xidmətlərində maraqlıdırlar.
Mürsəlov “Rubin”in yeniyetmələrdən ibarət komandasında da oynamağa macal tapıb. 20 yaşlı hücumçu “Sumqayıt”la müqavilə bağlamağa yaxındır.
