8 iyun 2014 12:21
Bild Azərbaycanı Almaniya ilə səhv saldı
Almaniyanın məşhur “Bild” nəşri millimizə münasibətdə səhvə yol verib. Azerisport.az xəbər verir ki, ABŞ yığmasının DÇ-2014-ə hazırlıq çərçivəsində keçirdiyi üç yoldaşlıq oyununu müzakirə edərkən, “Bild” nəşri millimizi Ermənistan yığması ilə səhv salıb.
Belə ki, “Bild”in saytında ABŞ komandasının Nigeriya yığması ilə oyundan əvvəl Ermənistan komandasını (2:0) və Türkiyə millisini (2:1) məğlub etdiyi qeyd edilib.
Öz növbəmizdə qeyd edək ki, Almaniya yığması Ermənistan komandasını 6:1 hesabı ilə darmadağın edib.
