7 iyun 2014 19:55

Neftçi Kaueni sıralarına qatdı

“Neftçi” PFK braziliyalı futbolçu Kaue Sesilyo da Silvanı heyətinə qatıb. Azerisport.az xəbər verir ki, Bakıda tam tibbi müayinədən uğurla keçmiş yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
“Neftçi”də 5 nömrəli formanı geyinəcək futbolçu bu gün keçirilmiş məşqdə də iştirak edib. Məşqdən sonra braziliyalı futbolçu komandamızla bağlı təəsüratlarını rəsmi saytımıza danışıb:
“Peşəkar futbolçu karyerama Braziliyada başlamışam və daha sonra Avropaya üz tutaraq Portuqaliya və Rumıniya çempionatlarında oynamışam. “Neftçi” məni hələ iki il əvvəl, Portuqaliya çempionatında çıxış edərkən transfer etmək istəyirdi. Özüm də “Neftçi”yə gəlmək fikrində idim. Lakin o zaman “Vaslui” klubu, məxsus olduğum komandaya böyük məbləğ təklif etdiyi üçün, Rumıniyaya yollanmağa məcbur oldum. Amma görünür “Neftçi” mənimlə “Vaslui”də oynayarkən də maraqlanıb və iki il sonra olsa da mən artıq burdayam. Tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2 illik müqavilə imzaladım. Hələ bura gəlməmişdən öncə “Neftçi”də oynayan braziliyalı həmvətənlərim Karlos Kardoso və Bruno Bertuççi ilə sıx münasibətim vardı. Bu baxımdan komandaya qısa müddətdə uyğunlaşacağıma əminəm. Qarşıda bizi çətin mövsüm gözləyir. Komanda rəhbərliyi və məşqçilər heyəti ilə yanaşı, azarkeşlərimizə də söz verirəm ki, Avropa Liqası oyunlarında və Azərbaycan çempionatında uğurla çıxış etmək üçün əlimdən gələni edəcəyəm”.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.