8 iyun 2014 11:33
Rayan Feneh: Əgər Cəbəllütariq yığmasına uduzuruqsa, Azərbaycan millisi ilə oyundan nə gözləyək?
Bu yaxınlarda millimizin AÇ-2016-nın təsnifat mərhələsindəki rəqiblərindən biri Malta komandası yoldaşlıq oyununda Cəbəllütariq yığmasına məğlub olub (0:1). Malta yığmasının yarımmüdafiəçisi Rayan Feneh azerisport.az saytının müxbirinin bir neçə sualını cavablayıb:
- Yoldaşlıq oyununda Cəbəllütariq yığmasına məğlubiyyət necə oldu?
- Bu, yoldaşlıq oyunu idi. Biz məğlub olmaq istəmirdik. Ancaq belə oldu.

- Əgər indi komanda belə rəqibə məğlub olursa, bəs təsnifat mərhələsinin oyunlarında necə olacaq?
- Hamımız çox pərişanıq. Belə bir hesab hamımız üçün gözlənilməz idi. Biz qalib gəlmək istəyirdik.

- Azərbaycan yığmasına qarşı oyunlar haqda nə düşünürsünüz?
- Əgər Cəbəllütariq yığmasına uduzuruqsa, Azərbaycan millisi ilə oyunda bizdə ümumiyyətlə, heç nə alınmayacaq. Biz Azərbaycan yığması il oyuna müəyyən ümidlər bəsləyirdik.

- Malta yığması özünə bu qədər inamsızdır?
- Yox, biz özümüzə əminik. Sadəcə, Cəbəllütariq yığmasına məğlubiyyət bizə pis təsir edib. Məqsədimiz AÇ-2016-nın təsnifat mərhələsində mümkün qədər çox xal toplamaqdır. Və əlbəttə, Azərbaycan yığması ilə oyunlar bizim üçün əsasdır. Ancaq indi xüsusi xəyallar qurmuruq.

- Sizcə, Azərbaycan yığması bu qədər güclüdür?
- Mən Bakıda sizin yığmanıza qarşı oynamışam. Meydanda yarım saat keçirdim. Ancaq sizin komandanıza qarşı oynamaq çox çətindir. Bakıda xal qazanacağımıza xüsusən inanmıram.