8 iyun 2014 11:11
Azərbaycan İspaniya və İran yığmaları ilə qarşılaşacaq
Yeniyetmələrdən ibarət millimiz (U-17) ənənəvi keçirilən Qazaxıstan prezidentinin Kubokunda iştirak edəcək. Azerisport.az Bnews.kz saytına istinadən xəbər verir ki, Mirbağır İsayevin yetirmələri 25-29 iyun aralığında Qazaxıstanın paytaxtı Astanada yarışacaqlar.
Püşkün nəticələrinə görə millimiz “B” qrupunda Tacikistan, İspaniya və İran yığmaları ilə mübarizə aparacaqlar.
“A” qrupuna Gürcüstan, Qırğızıstan, Çin və Qazaxıstan yığmaları daxildir.
Qeyd edək ki, yarışın səkkiz iştirakçısından altısı yaxınlarda Bakıda keçirilmiş Xəzər Kubokunda iştirak edib. İran yığması həmin turnirin qalibi olub. Millimiz isə yarışı bürünc mükafatçı kimi tamamlayıb.
