8 iyun 2014 22:11
Nedo Turkoviç: İnter məni deyil, başqa hücumçu almağa qərar verib
Bosniyalı hücumçu Nedo Turkoviç azeripsort.az saytına açıqlamasında bildirib ki, karyerasını “İnter”də davam etdirə bilərmiş:
“Mən karyeramda dəyişiklik etmək istədim. Ona görə də AZAL-dan getdim. Müəyyən məqamda “İnter”ə keçmək şansım vardı. Ancaq alınmadı. Mənə demişdilər ki, məşqçi qərargahına mənim oyunum xoş gəlir. Ancaq sonra məlumat çıxdı ki, onlar məni deyil, başqa hücumçunu almaq istəyirlər. İndi mən yeni klub axtarışındayam. Bir neçə variant var. Ancaq mən hələ seçim edirəm”.
