8 iyun 2014 20:33
Qondarma Dağlıq Qarabağ Respublikasının yığması DÇ-də 9-cu oldu
İsveçin Estersund şəhərində tanınmamış ərazi qurumlarının dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yığması 12 yığma arasında 9-cu yeri tutub.
Çempion isə Nis qraflığının yığması olub. Qraflıq yığması finalda Men adası yığmasını oyunsonrası penaltilərlə məğlub edib (0:0, pen. 5:3).
Cənubi Osetiya yığması 4-cü, Abxaziya yığması isə səkkizinci olub.
Xatırladaq ki, Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConIFA) AFFA-nın qondarma Dağlıq Qarabağ yığmasının dünya çempionatında iştirakı ilə bağlı etirazının rədd etmişdi.
