8 iyun 2014 18:11
Foqts Ermənistan yığmasının darmadağınına şahidlik edib
Millimizin baş məşqçisi Berti Foqts Maynzda Almaniya və Ermənistan yığmaları arasında keçirilmiş yoldaşlıq oyununu (6:1) izləyib. Azerisport.az xəbər verir ki, Foqts oyunu ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi qismində izləyib.
Bir müddət əvvəl Foqts “Buntestim”in Kamerunla oyununu (2:2) izləmişdi.
Qeyd edək ki, ABŞ yığması DÇ-də Almaniya, Hollandiya və Qana yığmaları ilə mübarizə aparacaq.
