8 iyun 2014 16:55

Ağasəlim Mircavadov: Millimiz tez-tez müdafiədən oynayır, bunun üçün irəlidə topa sahib ola biləcək hücumçular olmalıdır

Təcrübəli futbol mütəxəssisimiz Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində 2013-2014-cü illər mövsümünü qiymətləndirib, klubların avrokuboklarda qarşıdakı çıxışı, həmçinin millimiz haqda danışıb:
- Ötən mövsüm haqda nə deyə bilərsiniz?
- Dörd dövrəlik sistem bizim üçün yeni oldu, əlbəttə, onun müsbət və mənfi tərəfləri var. Medallar uğrunda mübarizədə gərginlik vardı ki, buna da hələ hamı öyrəşməyib: nə oyunçular, nə azarkeşlər, nə də bizimlə siz. Ancaq yaxşı ki, 36 turdur. Bu, faydalıdır.
- Bəs komandalara gəlincə?
- Dörd-beş favorit vardı. Mahiyyətcə, bir çox komandalarda işlər bu yerdədir. Ancaq mən qeyd edərdim ki, yarış cədvəlinin alt sıralarında olan komandalar hələ artırmalıdırlar. Düşünürəm ki, ümumilikdə, çempionat alındı. Əla olmasa da, hər halda, özlüyündə pis deyildi. Çempionluq uğrunda gərgin mübarizə vardı. Xüsusilə, qış fasiləsindən sonra. Ancaq hiss olunurdu ki, “Qarabağ” ən yaxşı futbolu göstərir və “qızılı” götürəcək. Elə də oldu.
“İnter” qışa qədər bir, qışdan sonra daha yaxşı başqa futbol oynayırdı. “Qəbələ” də özün yaxşı göstərdi. Qışa qədər onlar da başqa futbol oynayırdılar. Daha çox irəliyə asmalara bel bağlayırdılar ki, orada Subotiç və Mendi topa sahib olmalı idilər. Bu, nəticə gətirirdi. Ancaq qış fasiləsindən sonra hər şeyi dəyişmək lazım idi. “Neftçi” isə elə həmişə göstərdiyi oyunu göstərirdi. Ancaq futbolçular sanki sakitləşmiş idilər. Mən deyərdim ki, müəyyən nizam-intizam çatışmazlığı vardı. Çoxlu vərəqələr və qovulmalar vardı. Gənc oyunçuların simasında onların gələcəyi var. Ancaq vəziyyəti düzəltmək lazımdır.
Yalnız iki klub gözlədiyimdən aşağı səviyyədə oynadı: “Bakı” və “Xəzər Lənkəran”. Ancaq klubların özündə xeyli zəifləmə vardı. Üstəlik, digər problemlər. Həmçinin, “Xəzər Lənkəran”a tez-tez məşqçi dəyişiklikləri təsir göstərdi. “Bakı”ya gəlincə, orada hadisələrin hansı mərhələdə olduğu aydın deyil. Ancaq orada yaxşı perspektivli yerli uşaqlar var. Onlarla işləmək lazımdır.
- Artıq yeni mövsümdə Premyer Liqada nəhayət ki, yeni komanda peyda olacaq: “Araz Naxçıvan”...
- Bu, çox gərəklidir. Birinci Diviziondan komandalar öz birinciliyində qalib gəlirlərsə, liqa üzrə yuxarı qalxmalıdırlar. Və mən çox şadam ki, indi belə bir komanda var.
- Düşünürsünüz ki, naxçıvanlıların uğura şansları olacaq?
- Belə deyək: Əsgər Abdullayev ortabab klubları həmişə qaldırmağı bacarıb. O, öz işini bilir və əlində olanlarla nəticəyə doğru gedir. Bu, məşqçi üçün olduğu kimi, komanda üçün də vacib məqamdır.
- Tezliklə avrokuboklar mövsümü başlayır. Komandalarımızın hazırlığını necə qiymətləndirirsiniz? Hesab edirsiniz ki, onlara güclənmək lazımdır?
- Düşünürəm ki, indi klublara oyunçuları yoxlamaqdansa, dərhal imzalamaq lazımdır ki, gecikmədən hazırlaşsınlar. Yəni, onlar belə hala əvvəlcədən hazır olmalı və məhz kimi imzaladıqlarını bilməlidirlər. Əlbəttə, bizim klublarımız elə də nüfuzlu deyillər ki, hər bir futbolçu orada oynamaq istəsin. Ancaq buna görə onlar yeni futbolçularla işləməyə, yeni futbolçuları tapmağa əvvəlcədən hazır olmalıdırlar ki, nəinki seçim, həmçinin, oyunçu alan zaman əminlikləri olsun.
- Klubların şansları haqda danışmayacaqsınız?
- Düşünürəm ki, mühakimə yürütmək hələ tezdir. Hələ heç püşk də atılmayıb. Mən sadəcə, onların hamısına uğur arzu edirəm.
- May ayının sonlarında Azərbaycan yığması ABŞ yığmasına qarşı yeganə yoldaşlıq görüşünü keçirdi (0:2). Bu oyun haqda fikirləriniz?
- Hesab edirəm ki, burada qiymətləndiriləcək bir şey yoxdur. Hazırlıq oyunu idi. Ancaq bizim səhvlərimiz elə həmin səhvlər idi - orta xətə. Bütün ağırlıq onların çiyninə düşür. Biz tez-tez müdafiədən oynayırıq. Ancaq müdafiədən oynamaq üçün irəlidə topa sahib ola biləcək hücumçular olmalıdır. Və əgər onlarda bu, alınmırsa, həmişə orta xətdən dəstək olmalıdır. Ancaq bizim bununla problemimiz var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.