8 iyun 2014 13:31
Eratın tərəqqisi hələ də davam edir
Almaniya KİV-i Düsseldorf “Fortuna”sının gənc və istedadlı oyunçularını qeyd edərkən, millimizin yarımmüdafiəçisi Tuğrul Eratı da qeyd ediblər. Azerisport.az xəbər verir ki, Almaniya KİV-i belə yazır:
“21 yaşılı Erat ötən mövsümdə öz karyerasında vacib addım ata bilib. Düsseldorf ətrafında böyümüş oyunçu 17 yaşa qədər komandanın heyətində çıxışı ilə özünə kifayət qədər tez diqqət cəlb etdi. “Fortuna”nın yeniyetmələr komandasında üçillik çıxışdan sonra məşqçi Oliver Rek tərəfindən əsas heyətə cəlb edildi. “Kayzerslautern”lə oyunda (1:0) debüt edərək, ona etimadın əbəs olmadığını göstərdi. “Energi” ilə növbəti oyunda isə o, dubl etdi. Ötən mövsümdə o, 12 oyunda oynayaraq, iki qol vurub. Onun cari karyerasında əsas hadisə isə Azərbaycan yığmasına dəvət idi ki, Berti Foqtsun rəhbərliyi altında Erat Filippin yığmasına qarşı yoldaşlıq oyununda (1:0) debüt etdi. Ancaq Eratın tərəqqisi hələ də davam edir”.
