8 iyun 2014 13:11
Azərbaycanın jurnalistlərdən ibarət yığması Avropada ikinci oldu
Azərbaycanın jurnalistlərdən ibarət yığması Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub. Azerisport.az xəbər verir ki, qrup turnirində Azərbaycan Ukrayna (2:1) və Litva (1:0) yığmalarını məğlub edərək, Almaniya yığması ilə 6:6 hesablı heç-heçə oynayıb.
Yarımfinalda komandamız Rumıniya yığmasına penaltilər seriyasında qalib gəlib, finalda isə meydan sahiblərinə 0:2 hesabı ilə məğlub olub.
Mükafatlardan biri - ən yaxşı müdafiəçi mükafatı komandamızın üzü Elnur Əşrəfoğluna təqdim edilib.
Komandaları yekun sıralaması: Moldova, Azərbaycan, Rumıniya, Ukrayna, Almaniya, Rusiya, Polşa, Litva.
