7 iyun 2014 00:05

AFFA cəzalandırdığı klubu növbəti çempionata buraxmağa razı oldu

Həvəskarlardan ibarət  “Binə” Futbol Klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək 28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insidentlə bağlı olaraq AFFA İntizam Komirəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda qeyd edilmiş qərarlara yenidən baxılmasını xahiş edib. Azerisport.az xəbər verir ki, Apellyasiya və Ekspert Komitəsi insidentin daha ətraflı araşdırılması üçün İntizam Komitəsinə məktub ünvanlayıb.

28 may 2014-cü il tarixində Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insident AFFA İntizam Komitəsi tərəfindən yenidən araşdırılıb və yuxarıda qeyd edilənlər nəzərə alınaraq qərara alınıb:
 
1. AFFA İntizam Komitəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda göstərilən qərarlar qüvvədə saxlanılsın.

2. Yuxarıda qeyd olunan insidentin Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində baş verməsini nəzərə alınaraq “Binə” komandasına AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarında çıxışını davam etdirməsinə icazə verilsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.