7 iyun 2014 11:22
Jiloan Hamad: Azərbaycan yığmasında oynamaq istəmirəm
Almaniyanın “Hoffenhaym” klubunun Bakıda doğulmuş hücumçusu Jiloan Hamad yenidən millimizdə oynamaqdan imtina edib. Azerisport.az xəbər verir ki, Hamad azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Mən komandanın son oyunlarına dəvət almışam. Ancaq artıq bildirmişəm ki, İsveç yığmasında oynamaq istəyirəm. Son vaxtlar oynamıram, zədəm var. Bakı və Azərbaycanı unutmuram. Ancaq Azərbaycan yığmasında oynamaq da, istəmirəm. Ümumiyyətlə, İsveç komandasından başqa, heç bir komandada oynamaq istəmirəm”.
