7 iyun 2014 16:40
Dmitri Kruqlov: Təəssüf ki, Rəvana kömək edə bilmədim
“Rəvan”ın müdafiəçisi Dmitri Kruqlov azerisport.az saytının müxbiri ilə söhbətləşib:
- Azərbaycana son səfəriniz uğursuz alındı. “Rəvan”a necə keçdiniz?
- Oradan mənə zəng edib komandaya dəvət etdilər. Fevralın axırı idi. Gəldim, şərtləri müzakirə etdim və razılaşdım.
- Estoniyada karyeranız pis keçirdi?
- Yox.
- Onda belə çıxır ki, Azərbaycanda sizə sərfəli maliyyə şərtləri təklif edilib?
- “Rəvan” elə komanda deyil ki, ora pul dalınca gələsən. Orada elə böyük büdcə yoxdur.
- “Rəvan”da gördüyünüz sizi təəccübləndirmədi?
- Yox, hara getdiyimi bilirdim. Komanda yoldaşlarımın və məşqçi qərargahının mənə münasibəti yaxşı idi.
- Komandanın premyer-liqanı tərk edəcəyini gözləyirdiniz?
- Əlbəttə, yox. Bu haqda düşünmürdüm. Təəssüf ki, komandaya kömək etmək mümkün olmadı. Xüsusilə də son turlarda.
- Hansı oyunda siz zədə aldınız?
- “Qəbələ” ilə oyunda. Əvvəlcə, mənə elə gəldi ki, ciddi heç bir şey yoxdur. Ancaq sonra həkimlər dedilər ki, meydana çıxmaq olmaz.
- “Rəvan” nə üçün TPL-də qala bilmədi?
- Kifayət qədər xal toplaya bilmədik. Ancaq bunu edə bilərdik. Karyeramda ilk dəfədir ki, heyətində oynadığım komanda premyer-liqanı tərk edir.
- İndi nə etmək fikriniz var?
- Hələ ki, müalicə alıram. Zədəmi sağaltmalıyam. Hər bir futbolçu üçün bu, əsasdır.
- Azərbaycanda qalmaq variantınız var?
- Yaşayarıq, görərik...