7 iyun 2014 14:00
Xəzər Lənkəranın oyunçusu ilə İtaliya klubları maraqlanır
“Xəzər Lənkəran”ın heyətində dəyişikliklər baş verir. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi Vanderson Skarduelli komandanı tərk edə bilər.
Onunla bir sıra İtaliya və Yunanıstan klubları maraqlanır. Bu klublar arasında “Siena”, “Trevizo” və “PAS” klubları da var.
Ancaq məşqçi qərargahı braziliyalıya yeni müqavilə təklif etmək fikrindədir.
