6 iyun 2014 12:48
Vasluyun yarımmüdafiəçisi Neftçinin düşərgəsinə keçir
Rumıniyanın “Vasluy” klubunun yarımmüdafiəçisi Kaue Sesilio da Silva Bakıya gəlib. Azerisport.az xəbər verir ki, 25 yaşı braziliyalı “Neftçi”nin sıralarını möhkəmləndirə bilər.
Da Silva artıq tibbi baxışdan keçir. Axşam saatlarında futbolçu ilə ikiillik müqavilə bağlanacağı gözlənilir. Da Silva Bakıya öz meneceri ilə gəlib. Bu haqda “Flaqman”ın vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
“Neftçi” hələ iki il qabaq Da Silvanın xidmətlərində maraqlı olduğunu bildirmişdi. Ancaq təklif “Vasluy” klubu tərəfindən rədd edilmişdi. O zaman Rumıniya klubu futbolçuya görə Portuqaliyanın “Oyanense” klubuna 500 min avro oxumuşdu.
