6 iyun 2014 00:38

Yığmamızın hücumçusu bombardir oldu

Ötən gün Bayıl stadionunda İran və Türkiyənin 17 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş final oyunu ilə 4-cü "Caspian Cup" beynəlxalq turnirinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, rəqibini 1:0 hesabı ilə məğlub edən İran yığması turnirin qalibi adını qazanıb.

3-cü yer uğrunda qarşılaşmada Tacikistan komandasına 4:0 hesabı ilə qalib gələn Azərbaycan U-17 yığması turniri mükafatçılar sırasında başa vurub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final oyununun hakimlərinə xatirə hədiyyələri verilib. Özbəkistan yığması Feyr Pley mükafatına layiq görülüb. 4 qolla turnirin bombardiri olan Səid İbadova xüsusi mükafat verilib. İran yığmasının qapıçısı Nejat Farid "Turnirin ən yaxşı qapıçısı", Türkiyə komandasının üzvü Enis Durak isə "Turnirin ən yaxşı oyunçusu" seçilib.

3-cü yerin sahibi Azərbaycan U-17 yığmasına bürünc, finalda məğlub olmuş Türkiyə komandasına gümüş, turnirin qalibi İran futbolçularına isə qızıl medallar və kubok təqdim olunub.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranı Nazim Süleymanov və “Clear” şirkətinin nümayəndəsi təqdim ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.