6 iyun 2014 00:29

Oğuz Çətin: Hər şey hələ Qarabağa qarşı oyuna qədər baş vermişdi

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Oğuz çətin azerisport.az saytının suallarını cavablayıb:
- “Xəzər Lənkəran”dan nə vaxt təklif aldınız?
- Əslində hələ çempionatın “Qarabağ”a qarşı son oyunundan sonra Mais Mənsimov və Mustafa Dənizlinin iştirakı ilə iclas keçirildi və mənim üzərimə baş məşqçi vəzifəsinin icrası səlahiyyətləri qoyuldu. Qeyd edildi ki, mən bu vəzifədə qala bilərəm. Bu gün bu təyinat baş tutdu. Mən Mənsimov və Dənizli tərəfindən göstərilmiş etimada görə minnətdaram. Bunu doğrultmağa çalışacağam”.
- Mustafa dənizli komandada hər hansı vəzifəni tutacaq?
- Bu məsələ ilə bağlı danışıqlar gedir. Belə bir variant da istisna deyil. İndi əsası hazırlıq planını işləməkdir. Köməkçilər üzrə də məslə açıq olaraq, qalır. Mən öz köməkçilərimi rəhbərliyə təqdim edəcəyəm.

- Heyətədə dəyişikliklər nə dərəcədə lazımdır?
- Bəzi dəyişikliklər olacaq. Yaxın vaxtlarda jurnalistlərlə də görüşmək istərdim ki, bəzi suallara aydınlıq gətirim.

- “Xəzər Lənkəran”ın Vaqif Cavadov və Rəşad Sadiqova marağı haqda danışılır.
- Mən indi adlar çəkmək istəməzdim. Biz çoxsaylı oyunçularla maraqlanırıq.

- Klubun sahibi Mübariz Mənsimovla görüşmüşünüz?
- Yox, mən prezidentlə danışmamışam.

- Dənizlinin “Xəzər Lənkəran”la işi alınmadı. Sizinlə eyni halın baş verəcəyindən qorxmursunuz ki?
- Yeni başlanğıc ərəfəsində kim həyəcanlanmır ki? Hər bir iş məsuliyyət tələb edir. Əsası, Mustafa bəy mənim namizədliyimi özü irəli sürüb. Bu məni ruhlandırır.

- Azarkeşlər tərəfindən təzyiqə hazırsınız?
- Təzyiq - məşqçi işinin bir hissəsidir. Əgər azarkeşlər olmasa, bu halda, işimiz kimə gərəkdir? Mən onlara komandanı dəstəklədikləri üçün minnətdaram və ümid edirəm ki, biz onlar üçün uğura nail ola biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.