6 iyun 2014 00:13
Stoyanov: Bolqarıstan yığmasına həm Bakı və həm də Sofiyada asan olmayacaq
Bolqarıstan yığmasının qapıçısı Vladislav Stoyanov azerisport.az saytına müsahibəsində komandasının AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində millimizə qarşı keçirəcəyi oyunlar haqda fikrini bildirib:
“Əminəm ki, komandamıza Bakı və Sofiyada asan olmayacaq. Çünki əvvəlki mövsümlərlə müqayisədə komandanız nəzərəçarpacaq dərəcədə artırıb. İndi onu məğlub etmək çətindir. Ancaq buna rəğmən, biz hər oyunda üç xal uğrunda döyüşəcəyik”.
