6 iyun 2014 00:05
İnter bu gün Türkiyədə ilk yoxlama matçına çıxacaq
Məlum olduğu kimi, "İnter" hazırda Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, ötən gün "bankirlər" qardaş ölkədə daha iki məşqə çıxıb.
Səhərki çalışmalara futbolçular saat 10:00-da trenajor zalında başlayıblar. Daha sonra oyunçular meydana çıxıblar. Məşq müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17:00-da yenidən meydana çıxan futbolçular topla fərqli hərəkətlər ediblər və daha sonra ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, bu gün "İnter" ilk yoxlama görüşünə çıxacaq. Yerli vaxtla saat 14:00-da başlayacaq matçda "İnter" Türkiyə aşağı liqalarından birinin təmsilçisi ilə üz-üzə gələcək. (klub saytı)
