6 iyun 2014 11:33
Petevin əvəzinə Qattuzo
Kritin təmsilçisi Yunanıstanın OFİ klubu baş məşqçisinin adına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, bu, məşhur italyan futbolçu Cennaro Qattuzodur.
Qattuzo bolqar mütəxəssis İvaylo Petevin yerinə təyin edilib.
Petevin isə “Qəbələ”dən təklifi var və bir neçə gün qabaq yaxın günlərdə tərəflərin müqavilə bağlayacağı haqda məəlumat vardı. Ancaq sonra bolqar mütəxəssis bu məlumatı təkzib etdi. İndi onun Bolqarıstan “Botev”i ilə müqavilə bağlayacağı haqda məlumat yayılıb. Ancaq klub rəhbərliyi çox güman ki, Xristo Stoiçkova üstünlük verəcək.
