6 iyun 2014 11:22
Millimizin rəqibi baş məşqçisini istefaya göndərdi
Gənclərdən ibarət millimizin AÇ-nin təsnifat mərhələsindəki rəqibi Makedoniya yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Makedoniya futbol federasiyası Boban Babunskinin xidmətlərindən imtina etmək qərarına gəlib.
Buna səbəb Makedoniya yığmasının təsnifat mərhələsində göstərdiyi nəticələrdir. Balkan təmsilçisi cəmi dörd xal toplayıb. Makedoniya yığması öz meydanında millimizə qalib gəlib (1:0) və səfərdə heç-heçə oynayıb.
