6 iyun 2014 11:11
Edu: Mən Joze Alesionun qərarını başa düşmədim
“Araz” futsal klubunun oyunçusu Edu komandanın düşərgəsinə qayıda bilər. Azerisport.az xəbər verir ki. bu haqda braziliyalı oyunçu özü bildirib:
“Hələ “Araz”a qayıdacağım məlum deyil. Düzünü deyim, UEFA Kubokunun Dördlər Finalında üçüncü olduqdan sonra baş məşqçi Joze Alesionun məni geri göndərmək qərarını baş düşmədim. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək”.
