6 iyun 2014 20:00
Per-Matias Höqmo: Estoniya millisi ilə oyun, Azərbaycan yığması ilə oyun ərəfəsində xüsusilə vacibdir
Norveç yığmasının baş məşqçisi Per-Matias Höqmo AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində komandasının millimizə qarşı keçirəcəyi oyun ərəfəsində Estoniya millisi ilə yoldaşlıq görüşü haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Höqmo Norveç KİV-nə bunları söyləyib:
“Bu komanda ilə qarşılaşma bizim üçün çox faydalı olacaq. O vaxta bizim futbolçularının bəzilərinin oyun təcrübəsi nöqteyi-nəzərindən problemləri meydana gələ bilər. Həmçinin, qeyd etməyə dəyər ki, bu komanda Şərqi Avropa oyun üslubunu diktə edir. Bu oyun, Azərbaycan yığması ilə oyun ərəfəsində xüsusilə vacibdir”.
