6 iyun 2014 18:00

Nenad Kovaçeviç: Ümid edirəm ki, qarşıdakı mövsümdə mən yenidən Lansın heyətində olacağam

Fransanın “Nim” klubunun yarımmüdafiəçisi, “Lans”ın və “Bakı”nın sabiq futbolçusu Nenad Kovaçeviç aazerisport.az saytının suallarını cavablayıb:
- “Nim”də işlər necədir?
- Hələ ki, mən Serbiyadayam, ailəmə baş çəkmişəm. Bir həftə sonra komanda ilə birgə toplaşacağıq. “Nim”də işlər pis getmir. Liqa 2-də yerimizi qoruya bilmişik.
- Klubdan getmək haqda düşünmürsünüz?
- Ola bilər ki, gedim.
- Bəs “Bakı”a qayıtmaq necə?
- Yox. “Bakı” ilə artıq heç bir əlaqəm yoxdur.
- Bəs “Lans”? Siz orada yad deyilsiniz. Beş il bu komandada çıxış etmisiniz.
- Yenidən “Lans”da oynamağı çox istərdim. Özü də mən fayda verə bilərəm. Mən Azərbaycanda da yaxşı oynaya bilərəm. Ötən mövsümdə Liqa-2-də 35 oyun oynadım. Ancaq buna rəğmən, Fransada qalmaq istəyirəm.
- Məlum olduğu kimi, “Lans”ın sahiblərindən biri “Bakı”nın prezidenti Hafiz Məmmədovdur. Onunla münasibətiniz necədir?
- “Bakı”da olanda yaxşı idi. Fransada onun haqda deyirlər ki, o, “Lans”ı yenidən dirçəldib. Demək olar ki, Fransada indi hər kəs Hafiz Məmmədovu tanıyır.
- Nə üçün “Lans”da çıxış etmək istəyinizlə bağlı onunla əlaqə saxlamayasınız?
-  Ola bilər ki, desəm, “Lans”da olacağam. Axı belə olmaz. Komandaya oyunçu lazımdır ki, sıralarına qatsın. Həmçinin, “Lans”da məni xatırlayır və tanıyırlar. Klubdakı beş il əbəs ötməyib. Əgər azarkeşlər məni bu komandada görmək istəsələr, onda, klub transferi həyata keçirə bilər. Ümid edirəm ki, qarşıdakı mövsümdə mən yenidən “Lans”ın heyətində olacağam və biz Liqa-1-də mübarizə aparacağıq. “Azerbaijan. Land of Fire” yazılı formanı əynimə keçirmək xoş olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.