6 iyun 2014 17:22
Duayt York: Azərbaycanlı uşaqların işinə münasibəti xoşuma gəldi
“Mançester Yunayted”in və Trinidad və Tobaqo yığmasının sabiq hücumçusu Duayt York “Mançester Yunayted”in Bakıdakı yay məktəbinə səfəri haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, York bunları söyləyib:
“Bu, Azərbaycana ikinci səfərimdir. Burada olmağıma şadam. Uşaqların işinə münasibəti xoşuma gəldi. Onlar texniki cəhətdən inkişaf edəcəklər. Bu, onların ömürlük təcrübəsidir. Bu, onlara karyeralarında rəvac verəcək”.
