6 iyun 2014 17:11
Elxan Məmmədov: Bu oyunçuların gələcəkdə yığmada oynaması istərdim
AFFA-nın baş katibi Elxan Məmmədov Bakıda “Mançester Yunayted”in yay məktəbinin keçirilməsi haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, baş katib bunları söyləyib:
“724 gənc futbolçudan beşini seçmişik. Onlar Azərbaycanı təmsil edəcəklər. Ötən il altı nəfər idilər. Onların arasında bir qız da vardı. Gələcəkdə onların Azərbaycan yığmasında layiqli oynamasını istərdim”.
