6 iyun 2014 16:55

“Mançester Yunayted Yay Futbol Məktəbi” Gündəliyi: 4-cü Gün.

Siz bilirsiniz, həyətdə oynadığımız futbol nə vaxt qurtarırdı? 

O vaxt ki, topun sahibi olan uşağın anası onu evə çağırırdı.

Bu xoş bir nostalgiyadır. Amma... Mən sevinirəm ki, o vaxtlar geridə qaldı. “Mançester Yunayted Yay Futbol Məktəbi”nə seçilən ən yaxşı uşaqların Azərbaycanın bölgələrindən olmasına isə daha çox sevinirəm. Sadəcə olaraq ona görə ki, ən yaxşıları məhz elə bölgələrdədir.

Gənc dostum, Bakının 6 nömrəli məktəbindən olan, möhtəşəm qapıçı Eldarın heç bir halda xətrinə dəymək istəmirəm. Ancaq düşünürəm ki, şəhərdəki imkanlar həmişə daha yaxşı olub. İndi isə imkanlar daha çox maşınlar üçündür.

Budur, bölgələr bizi sevindirir.

Tanış olun, Zeynəddin Qusardandır. Azərbaycan futbolunun gələcəyi. İngilis məşqçilər onu Zidan adlandırırlar. Mənə görə o, meydançadakı 32 uşaq arasında ən yaxşılardan biridir. Və ən təvazökarı.



Bu isə Gəncədən olan bombardir Zərrardır. Ən yaxşılar arasında məhz bu şəhərin təmsilçisini görmək sevindirici haldır. Gəncəli bombardir vurduğu qollardan sonra öz qanadlarını göstərərək sevinir. Zərrardan soruşanda ki, hansı klubda oynamağı arzulayırsan, heç düşünmədən cavab verir: “Hansı klubda oynamağım elə də vacib deyil, vacib olan hansı milli komandada oynamağımdır.” No Comments.

Ola bilsin ki, yetişən yeni nəsl bizim məşhur Bəhramı əsəbləşdirməyəcək. (Ümumiyyətlə mən Bahramla yüzdə yüz razıyam) Ürəyimdən gəldi... Üzürlü hesab edin...

Sevindirici haldır ki, əsl peşəkar nəsl yetişir, həm də vətənpərvər.

Və mən buna inanmağa başlayıram.

Emin Əfəndi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.