6 iyun 2014 15:40
Adrian Pit: Çətinin təyinatını şərh etmək mənim işim deyil
“Xəzər Lənkəran” rumıniyalı yarımmüdafiəçisi Adrian Pitin xidmətlərindən imtina edə bilər. Pit azerisport.az saytına müsahibəsində bunları bildirib:
“Mən hələ “Xəzər Lənkəran”la yeni müqavilə imzalamamışam. Müxtəlif ölkələrdən təkliflərim var. Əgər Lənkəranda istəsələr, eni müqavilə imzalayaram. Bilirəm ki, yeni baş məşqçi Oğuz Çətindir. Onun təyinatını şərh etmək mənim işim deyil”.
