6 iyun 2014 15:28
Aleksandr İaşvili: İnterə avrokuboklarda kömək etmək istəyirəm
“İnter”in gürcü hücumçusu Aleksandr İaşvili komandasına Avropa Liqasında kömək etmək istəyir. İaşvili azerisport.az saytına bunları söyləyib:
“Hələ “İnter”də oynayıb-oynamayacağımı bilmirəm. Buna görə də “İnter”in Türkiyə toplanışını buraxmışam. Ancaq Avstriya toplanışına qədər seçim edəcəyəm. Karyeramı bitirmək istəyirəm. Ancaq hələ bir neçə ay oynaya bilərəm. “İnter”ə avrokuboklarda kömək etmək istəyirəm. Ancaq hələ yekun qərar verə bilmirəm”.
İaşvili futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq istəmir: “Məşqçi olmaq fikrim yoxdur. Əvvəlcə, karyeramı bitirəcəyəm. Sonra isə ola bilər ki, milli federasiyada iş haqda düşünəcəyəm”.
