6 iyun 2014 15:01

Yay Futbol Düşərgəsi layihəsinin təqdimatı keçirildi

Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB, AFFA-nın dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinin təqdimetmə mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, 2 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir.

Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir.

Bu gün Sumqayıtda inşa olunan yeni meydançada "Yay Futbol Düşərgəsi" layihəsinin təqdimetmə mərasimi baş tutub. Mərasimdə "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Kapital Bank"ın İdarə Heyəti Sədrinin birinci müavini Fərid Məmmədov, "Paşa Həyat Sığorta"nın İdarə Heyəti Sədrinin müavini Niyaz İsmayılov, "Kapital Bank"ın Marketinq və PR Departamentinin direktoru Vüsal Nağıyev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin nümayəndələri, Sumqayıt Şəhər İdman və Cənclər baş idarəsinin rəis müavini Mübariz Bəşirov, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev və şəhərin futbol ictimaiyyəti iştirak edib.

Tədbir zamanı Kamran Quliyev qonaqları yeni inşa olunmuş stadionun inzibati binası ilə tanış edib. Ardınca qonaqlar meydançada məktəblilərlə görüşüb. Daha sonra "Sumqayıt" Futbol Klubunun Texniki direktoru Frank Bernhardt "Yay Futbol Düşərgəsi" layihəsi haqqında stadiona təşrif buyurmuş qonaqlara məlumat verib. Tədbir zamanı "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev "Kapital Bank"ın İdarə Heyəti Sədrinin birinci müavini Fərid Məmmədov, "Paşa Həyat Sığorta"nın İdarə Heyəti Sədrinin müavini Niyaz İsmayılov və Sumqayıt Şəhər Təhsil Şöbəsinin nümayəndələrinə bu layihə çərçivəsində hazırlanmış xüsusi hədiyyəni təqdim edib. Görüş zamanı "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev bu layihəyə dəstək olan qurumlara təşəkkür edib. Tədbirin yekununda isə qonaqlar və layihə iştirakçıları arasında xatirə şəkli çəkdirilib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.