6 iyun 2014 13:33
Pavel Kapsa: Düşünürəm ki, Simurqda qalacağam
“Simurq”un qapıçısı Pavel Kapsa bildirib ki, çox güman, klubda qalacaq. Kapsa azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Düşünürəm ki, “Simurq”da qalacağam. Təklifim var. Ancaq konkret olaraq, ortada heç nə yoxdur. Həmçinin, mənim “Simurq”la qüvvədə olan müqaviləm var. Əgər zaqatalalılar istəsə, qalacağam”.
