6 iyun 2014 13:22
Rəşad Sadiqov Neftçini tərk edə bilər
“Neftçi”nin kapitanı Rəşad Sadiqov komandanı tərk edə bilər. Azerisport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçisi digər klubdan sərfəli təklif alıb, ancaq son qərarını hələ verməyib.
Klubun vitse-prezidenti Tahir Süleymanov hesab edir ki, Sadiqov son illər “Neftçi” üçün çox şey edib. Komandaya ölkə çempionatlarında qalib gəlməkdə, ölkə Kubokunu qazanmaqda, həmçinin, Avropa Liqasının qrup mərhələsinə çıxmaqda kömək olub. Süleymanov müxbirimizə bunları söyləyib: “Onun klubla hələ bir il müqaviləsi var. Əgər Rəşad digər komandaya keçmək istəsə, biz onu anlayaraq buraxacağıq”.
