6 iyun 2014 13:11
Vüqar Əsgərov: Komanda tapmasam, karyeramı bitirə bilərəm
Millimizin sabiq hücumçusu Vüqar Əsgərov hələ də klubsuzdur. Azerisport.az xəbər verir ki, futbolçu Liepaya “Metallurq”unun heyətində məşq etməkdə davam edir.
Bir müddət əvvəl Əsgərov AZAL-a keçə bilərdi. Ancaq bu keçid baş tutmadı.
“Təkliflər gözləyirəm. Düşünürəm ki, məni hələ unutmayıblar. Azərbaycan çempionatında oynamağı çox istərdim. Əgər yeni klub tapmasam, futbol karyeramı bitirəcəyəm”, deyə Əsgərov müxbirimizə bildirib.
