5 iyun 2014 00:33
İngiltərə klubunu almaq Hafiz Məmmədova 40 milyon funta başa gələ bilər
“İngiltərənin “Şeffild Uensdey” klubunu almaq, azərbaycanlı iş adamı, “Bakı” FK-nın prezidenti Hafiz Məmmədova 40 milyon funta başa gələ bilər”, Britaniya KİV-i bu fikirdədir. Azerisport.az xəbər verir ki, klubun hazırkı sahibi Milan Mandariç klubu məhz bu qiymətə satmağa hazırdır.
O, həmçinin, artıq anlamağa əsas verib ki, “bayquşlar”ı klubun inkişafı üçün gələcəkdə də maliyyə yatırımı edəcək şəxsə satacaq.
