5 iyun 2014 00:22
Yunis Hüseynov: Abışov özünü sübut etməlidir
Veteran futbolçu Yunis Hüseynov millimizin futbolçusu Ruslan Abışovun Azərbaycana qayıtmasına münasibət bildirib. Hüseynov azerisport.az saytına müsahibəsində onun qayıtma variantının yüksək olduğunu deyib:
"Abışov Azərbaycana qayıtsa, bunu faciəyə çevirmək lazım deyil. O, gəncdir və ona oynamaq lazımdır. Gedim, ehtiyatda oturum, vaxtı deyil. İndi oynamalıdır ki, təcrübə yığsın və səviyyəsini yüksəltsin. Fikrimcə, Azərbaycanda oynamaqla, yenidən Rusiyaya qayıda bilər. Abışov özünü sübut etməlidir. Bu, onun özündən asılıdır".
