5 iyun 2014 00:11
Raul Kostin: Mən Simurqda qalmaq istəyirdim, ancaq məni gözləməyə məcbur etdilər
“Simurq”un rumıniyalı yarımmüdafiəçisi Raul Kostin vətəninə qayıdıb və Kluj-Napokanın “Universitatya” klubu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Kostin saytımıza açıqlamasında bu barədə şərh verib:
“Mən “Simurq”da qalmaq istəyirdim, ancaq məni gözləməyə məcbur etdilər. Bu gün, sabah, deyirdilər və mən getməyi qərara aldım. Kluj klubu yaxşı müqavilə təklif etdi və mən bunu qəbul etməyi qərara aldım. Bu təklif “Simurq”un təklifindən daha yaxşı idi. Mən şadam ki, razılaşdım. İndi məni “Simurq”un fikri maraqlandırmır. Mənim başqa komandam var”.
