5 iyun 2014 11:55
İnterin direktoru Kartepedə
Məlum olduğu kimi, "İnter" hazırda Türkiyənin İzmit şəhəri yaxınlığındaki Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, dünən "bankirlər"in sıralarına komandanın direktoru Natiq Məmmədov qoşulub.
Gecə saatlarında Kartepe qəsəbəsinə çatan direktor bu səhər baş tutmuş məşq prosesini izləyib. Məşqdən əvvəl Məmmədov komanda üzvləri ilə görüşərək onlara bu toplanışın vacibliyindən danışıb və çalışmalarda uğurlar arzulayıb.
Qeyd edək ki, komandanın Türkiyədəki təlim-məşq toplanışı iyunun 10-da başa çatacaq.

(Klub saytı)