5 iyun 2014 11:44
İvaylo Petev: Azərbaycan haqda məlumatın haradan ortaya çıxdığını bilmirəm
“Qəbələ” ilə müqavilə bağlayacağı haqa məlumat yazılmış bolqar mütəxəssis İvaylo Petev bildirib ki, Azərbaycandan ümumiyyətlə təklif almayıb. Azerisport.az xəbər verir ki, Petev bunları söyləyib:
“Mənim Plovdiv “Botev”indən təklifim var. Mənim Azərbaycanda işləyəcəyimlə bağlı məlumat isə həqiqətə uyğun deyil. Mən bunun haradan ortaya çıxdığını ümumiyyətlə, təsəvvür etmirəm”.
Petev qeyd edib ki, hazırda onun müqaviləsi var: “Cari komandamla hələ də qüvvədə olan müqaviləm var (Kipr AEL-i - qeyd). Bir neçə gündən sonra hər şey müəyyənləşəcək. Klub rəhbərliyi ilə görüşüm olacaq. Orada öz ideyalarımı təklif edəcəyəm və qəbul edilərsə, biz əməkdaşlığa davam edəcəyik. Komandada daha il qalacağam. Ancaq müəyyən şərtlər müqabilində. Söhbət təşkilati məsələlərdən gedir”. (Gong.bg)
Öz növbəmizdə qeyd edək ki, əvvəllər “Qəbələ”nin düşərgəsindən bildirirdilər ki, yaxın günlərdə Petevlə ikiillik müqavilə imzalanacaq.
