5 iyun 2014 11:33
Mikel Alvaro: Avropa Liqasına zəif rəqibə qarşı oyunla başlamaq arzuolunandır
“İnter”in ispan yarımmüdafiəçisi Mikel Alvaro bildirib ki, Avropa Liqasının təsnifat mərhələsinə zəif rəqibə qarşı oyunla başlamaq istəyir. Azerisport.az verir ki, Alvaro bunları söyləyib:
“Avrokuboklara hazırlığa başlamışıq. Mən özümü yorğun hesab edirəm. Toplanışda belə də olmalıdır. Avrokuboklarda uğurlu çıxış etmək istəyirik. Start ərəfəsində mümkün rəqiblər haqda danışmaq çətindir. Ancaq zəif klubla oyuna başlamaq arzuolunandır. Səfərdə heç-heçə eləmək lazımdır. Mən öz komandama çox inanıram və ümid edirəm ki, “İnter” avromövsümü layiqli keçirəcək”.
