5 iyun 2014 11:11
Aqil Nəbiyev Sumqayıtla müqavilə bağladı
"Sumqayıt" Futbol Klubu bu gün 3-cü transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Nodar Məmmədov, Ramazan Abbasovun ardından Aqil Nəbiyev də müqaviləyə imza atıb.
31 yaşlı futbolçu komanda ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aqil karyerası ərzində "Turan", AZAL, "Bakı" və "Rəvan"ın formasını geyinib. O, həmçinin Azərbaycan millisinin heyətində 5 oyuna çıxıb.
(Klub saytı)
