5 iyun 2014 18:09

“Mançester Yunayted Yay Futbol Məktəbi” Gündəliyi: 3-cü Gün

Gənc istedların valideynləri ilə birgə tribunada əyləşmişəm. Növbəti bloq yazım üçün qeydlər aparmağa çalışıram.
Nə qədər çalışsam da, heç bir şey alınmır. Sağ qulağımda uşaqlarını izləməyə gələn valideynlərin səsləri. Həm mənə, həm də uşaqlara narahatçılıq verirlər. Açığı, meydançadakı İngiltərədən gəlmiş təlimçilər səslərini heç yüksəltmirlər. Nə də olsa onlar uşaqlarla çalışırlar. Qulaqcıqları taxıram. Beləliklə, mən bu gün də “Mançester Yunayted Yay Futbol Məktəbi”ndə gənclərin təliminə baxıram. Mən ancaq məşqçilərin təlimə professional yanaşmasından yox, həm də gənc futbolçuların oyunundan zövq alıram. Daha çox futbolumuzun parlaq gələcəyinin bünövrəsinin şahidi olduğum üçün zövq alıram. Şablon ifadə kimi səslənə bilər, lakin bizim uşaqların təlimini, AFFA menecerlərinin iş bacarığını və “Bakcell”in sensasiyalı futbol layihələrini seyr edərkən buna inanmamaq mümkün deyil. Və mən buna inanıram. Yaxşı şeylərə inanmaq həmişə asandır. Qulaqcıqları çıxarıram. Gənclərin oyunu hiss etmələri, uğurlu ötürmələri, təlimə məsuliyyətlə yanaşmaları və fədakarlıqları haqqında ötən yazılarda bəhs etmişdim. Yeri gəlmişkən Azərbaycan futbolunun ən böyük problemləri elə məhz bunlardır. Kimsə bizim futbolçularımızın oyun sonrası müsahibələrini izləyib? Müəyyən yaşa çatmış bir insanın iki sözü dalbadal deyə bilməməsi gülməlidir axı. Bəlkə bu elə də vacib amil deyil, lakin bu “vacib olmayan” amilin xarici ölkələrdə futbol şousunu necə tamamladığını dəfələrlə görmüşük. Bizdə isə nə futbolçuların jurnalistlərlə danışıqları alınır, nə də jurnalistlərin onlarla. (Üzr istəyirəm, özümü saxlaya bilmədim.) İndi siz mənim bu uşaqlarla söhbətdə isə heç bir utancaqlıq və narahatçılıq görmədiyim üçün nə qədər təəccübləndiyimi təsəvvür edin. Zeynəddin, Zərrar, Eldar, Turaxan və Hikmət heç bir əziyyət çəkmədən futbolumuzdakı problemlərdən mənə danışdılar. Onlara görə ən əsası, bizim futbolçular əgər Azərbaycan futbolunun səviyyəsini qaldırmaq istəyirlərsə Avropanın top-klublarında forma geyinmək üçün can atmalıdırlar. Və onlar başa düşürlər ki, bunun üçün öz üzərlərində işləməlidirlər. Bununla yanaşı, tribunadakı valideynlərinin qışqırıqlarını nəzərə almadan məşqçilərin dediklərini diqqətə almalıdırlar. Bəlkə bu kimin üçünsə şişirdilmiş bir fikir kimi səslənə bilər, amma bu yolda birinci addım artıq atılıb... “Mançester Yunayted Yay Futbol Məktəbi”ndə.
Emin Əfəndi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.