5 iyun 2014 17:48
Xəzər Lənkəranın yeni baş məşqçisi dəqiqləşdi
"Xəzər Lənkəran" Futbol Klubunun baş məşqçisinin kimliyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bu posta Oğuz Çətini təyin edib.
Artıq bu barədə klubun rəsmi saytı məlumat da yayıb. Ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan Çətin çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı.
"Fənərbağça", "Ərciyesspor", "Gənclərbirliyi" və "Diyarbəkirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb. "Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.