5 iyun 2014 17:36

Yunis Hüseynov: Bilsəydim, il yarım əvvəl İrandan gəlmiş təklifi qəbul edərdim

Veteran futbolçu, “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov azerisport.az saytına müsahibəsində yerli məşqçilərin diqqətdən kənarda qalmasından danışıb:

- Azərbaycanda yerli məşqçilərə inam yoxdur. Bunun səbəbi nədədir?
- İlk öncə etiraf edək ki, çempionatımız o qədər populyar deyil. Rusiya, Ukrayna çempionatları çox yüksəkdədir. Ona görə oradakı məşqçilər də bütün MDB məkanında maraqla izlənilir. Bizim çempionata maraq o qədər deyil. Deməli, məşqçilərimiz də əcnəbi klubların marağını cəlb etmir. Digər tərəfdən, əminəm ki, azərbaycanlı məşqçilər əcnəbilərdən geri qalmır. Əksinə, bəzi hallarda üstələyirlər.

- Onda, niyə klublar yerli məşqçilərlə işləmirlər?
- Səbəb sadədir. Özüm də daxil olmaqla, bütün məşqçilərimiz klublarla adi "azərbaycansayağı" müqavilə imzalayırıq. Əcnəbilər isə UEFA şərtləri ilə müqavilə tələb edir. 2 illik müqavilə imzalayır, istefaya da göndərmək olmur. Çünki, klub təzminat ödəməli olacaq. Bizim məşqçilər bunu etmir. Bu fikir özümə də aiddir. Təcrübəyə qaldıqda, Azərbaycana gələn əcnəbi məşqçiləri görürük. Niyə nəticəni ancaq öz məşqçilərimiz qazanır?

- Mustafa Dənizlinin “Xəzər Lənkəran”da işləyə bilməsini necə izah edərsiniz?
- Mustafa Dənizli Azərbaycan futbolunu bilmirdi. Ona görə belə oldu. Bəlkə klubda bilmədiyim məsələlər də olub. Amma əcnəbi məşqçilər futbolumuzu bilmir. Ona görə uğur qazana bilmir. Bizim futbolçularımızın xüsusiyyətini öyrənmək gərəkdir. Azərbaycanda işləmək asan deyil. Sadəcə olaraq, əcnəbilər bura rahat gəlir. Nəticədə heç nə alınmır. Özü də, gələnlər komandaya əcnəbi futbolçuları toplayırlar. Axı əsas, yerlilərlə işləməkdir. Əcnəbilər onsuz kluba təklif olunur. Hər komandaya çoxlu sayda əcnəbi futbolçu təklif olunur. Əcnəbi tapmaq asandır.

- Amma Kaxaber Sxadadze "İnter"də ardıcıl olaraq, avrokuboklara vəsiqə qazanır, mükafatçılar sırasına düşür...
- Onu çıxmaq şərti ilə, digərləri uğur qazanmır. Kaxaber 5 ildir Azərbaycandadır. Artıq bizim futbolu mənimsəyib. O, futbolumuzu, xüsusiyyətimizi yaxşı öyrənib. Ona görə ona işləmək rahatdır. "İnter"lə uğur qazanması bir neçə il ölkəmizdə işləməsi ilə əlaqədardır.

- Azərbaycanda PRO kateqoriyası alan ilk məşqçisiniz. İndi işsiz olanda heyfslənmirsiniz?
- PRO kateqoriyasını özümə görə almışam. Kiməsə görə imtahan verməmişəm. O vaxt istədim ki, PRO kateqoriyası olsun və imtahan verib aldım. İndiki halda, azərbaycanlı məşqçilərə münasibətə görə PRO kateqoriyası aldığım üçün peşman deyiləm. Məşqçinin bu lisenziyanı almasını vacib sayıram.

- Bir il əvvəl İrandan təklif almışdınız. Amma imtina etdiniz. Hazırda orda işləyə bilərdiniz?
- Həmin vaxt çox yaxşı şərtlərlə müqavilə təklif olunmuşdu. Sadəcə, imzalamaq qalırdı. Yarı yoldan qayıtdım. İnanın, artıq İrana yollanırdım. Bir nəfərin zəngi yolumu dəyişdirdi. Ona görə geri qayıtdım. O zaman başqa klubun mənimlə maraqlandığı deyildi. Yəni, bir qədər gözləmək məsləhət oldu. Bilsəydim, belə olacaq, İrandan gələn təklifi qəbul edərdim. 

- “Qəbələ” də bolqar məşqçiyə tapşırıldı. İvaylo Petevlə 2 illik müqavilə imzalanacaq. Niyə, yerli məşqçiyə inanmadılar?
- O sual mənə ünvanlanmalı deyil. Petevlə tanış deyiləm. Ona uğur arzu edirəm. Dediyim ki, yerli məşqçilərə əcnəbilərə yaradılan şərait yaradılsa, ondan çox nəticə qazanarlar. Bizim mütəxəssislər heç kimdən geri qalmırlar. Bu sözümü deyirəm, onu sübut etməyə də hazıram. Azərbaycan məşqçiləri savadına görə çoxlarına qabaqlayırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.